Ukrayna ordusu Voronejə hücum etdi: yanğın başladı

19.11.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri Voronej vilayətində sənaye müəssisəsinə PUA hücumu həyata keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Qusev deyib.

“Voronej vilayətinin rayonlarından birində sırf mülki məhsullar istehsal edən sənaye müəssisəsinə beş PUA ilə hücum həyata keçirilib. Müəssisədə yanğın baş verib. İlkin məlumatlara görə, itki yoxdur. İşçilər təxliyə edilib”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью