Ukrayna ordusu Xarkovun Novomlinsk kəndini azad edib

03.12.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ukrayna qoşunları Xarkov vilayətinin Kupyanski rayonunun Novomlinsk kəndini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Bildirilir ki, Novomlinsk üzərində Ukrayna bayraqları dalğalanır.

“Xarkov vilayətində, Kupyanski rayonunun Novomlinsk kəndi yaxınlığında düşmən Oskol çayının sağ sahilindəki körpübaşını ələ keçirməyə və saxlamağa cəhd etdi. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edilib, Oskolun sağ sahili Müdafiə Qüvvələrinin nəzarəti altındadır”, - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью