Ukrayna ordusuna 30 min PUA veriləcək

06.12.2024

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ukrayna Müdafiə Nazirliyi gələn il Ukrayna Silahlı Qüvvələrini 30 000-dən çox xüsusilə uzaq mənzilli pilotsuz uçuş aparatı ilə təchiz etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hərbi idarə bu barədə X hesabında bildirib.

“Bu yeni nəsil pilotsuz təyyarələr uzaq məsafələrdə avtonom şəkildə fəaliyyət göstərə və düşmən hədəflərini yüksək dəqiqliklə vura bilir”, - deyə məlumatda qeyd olunub.

Ukrayna Müdafiə Nazirliyi istehsalın qismən xarici tərəfdaşlar tərəfindən maliyyələşdirildiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью