Ukrayna ordusuna əsir düşən azərbaycanlı KONKRET

26.01.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna jurnalisti Yuri Butusovun yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən şəxslər arasında Azərbaycan vətəndaşı da var.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, əsir düşən şəxs Əhmədov Azər Arzuman oğlu, 1982-ci il təvəllüdlüdür. O, Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilir.

Məlumata əsasən, hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciət də dərc olunub. Müraciətdə Ukrayna ərazisində əsirlikdə saxlanılan azərbaycanlı vətəndaşın vətənə qaytarılması üçün rəsmi Bakının vasitəçilik göstərməsi xahiş edilir.

KONKRET.az Əhmədov Azər Arzuman oğlunun prezident İlham Əliyevə video-müraciətini də təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью