Ukrayna ordusunda 20 000 əcnəbi döyüşür

21.03.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda Ukrayna tərəfində təxminən 20.000 əcnəbi döyüşür ki, bu da Müdafiə Qüvvələrinin ümumi sayının təxminən 2%-ni təşkil edir. Və onların sayının artacağı gözlənilir.
Modern.az xarkici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindəki mənbə bildirib.
Məlumata görə, 2025-ci ilin sonunda Ukrayna tərəfinfə əcnəbilərdən ibarət Beynəlxalq legionu ilkin formasında ləğv edib.
Xarici döyüşçülər ən təhlükəli missiyaları yerinə yetirəcəkləri nizami ordunun hücum alaylarına köçürülüb.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, bu, Beynəlxalq Legionun Quru Qoşunlarının hücum bölmələrinə inteqrasiyası deməkdir. Legionerlər Ukrayna hərbçiləri ilə bütün hüquqları, sosial təminatları və eyni səviyyədə dəstək alacaq, daha yaxşı logistika, silahlar və yenidən hazırlıq imkanlarına (məsələn, dron operatorları və ya kəşfiyyat personalı kimi) çıxış əldə edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью