Ukrayna ordusunda dəyişiklik: Müdafiə Nazirliyi yeni planla çıxış edir

18.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Müdafiə Nazirliyi 2022-ci ildən döyüşən hərbçiləri mərhələli şəkildə cəbhədən geri çağırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə vəzifədən getməzdən əvvəl müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk bildirib.

O qeyd edib ki, Rusiya işğalının ilk günlərindən ön cəbhədə olan hərbçilərin əvəzlənməsi mexanizmi hazırlanır. Onlar yeni əsgərlərin hazırlanmasına paralel olaraq mövqelərdən çıxarılacaqlar.

Kadr çatışmazlığını aradan qaldırmaq üçün 18–24 yaşlı müqaviləli hərbçilərdən ibarət bölmələrin yaradılması, həmçinin könüllülərin və xaricilərin cəlb olunması nəzərdən keçirilir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью