Ukrayna ordusunda nələr çatışmır? Sırski

01.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələrində cəbhənin sabitləşdirilməsi və qoşunların döyüş hazırlığı ilə bağlı problemlər var.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski öz Teleqram kanalında ayın nəticələri ilə bağlı keçirilən böyük toplantıdan sonra yazıb.

Onun sözlərinə görə, hərbi komandanlıq orqanlarının rəhbərləri ona problemli məsələlərlə bağlı məruzə ediblər:

“Problemlər birliklərin şəxsi heyətinin komplektləşdirilməsi və onların döyüş qabiliyyətinin bərpası, yeni ordu korpuslarının formalaşdırılması, maddi-texniki təchizat və hərbi texnikanın təmirinə aiddir”.

O, həmçinin hərbi personalın təlim keyfiyyətinin yüksəldilməsi zərurətini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью