Ukrayna ordusunda yenilik: Cəbhəyə lazer silahları gətirilir

22.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynada yaxın aylarda lazer silahı peyda olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini Andrey Lebedenko bəyan edib. Onun sözlərini “RBC-Ukrayna” “Telegram” kanalında sitat gətirib.
 

“Gələcəyin silahı ilə bağlı layihələr hazırlanır. Bu silah bu gün artıq mövcuddur. Həm Ukrayna Silahlı Qüvvələrinin daxilində, həm də ondan kənarda — lazer silahı istehsal edən özəl müəssisələrdə istehsalçılar və komandalar var”, — deyə o bildirib.


Lebedenkonun sözlərinə görə, lazer silahı pilotsuz uçuş aparatları (PUA) ilə mübarizədə tətbiq edilə bilər.
USQ baş komandanının müavini hesab edir ki, bu cür silahlar artıq 2-3 aydan sonra Ukrayna ordusunun arsenalında yer ala bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью