Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Ordusunda zabit kadrlarının kəskin çatışmazlığı fonunda səfərbərlik qaydalarında gözlənilməz yumşalmalar başlanılıb.
“Qafqazinfo” “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya güc strukturlarındakı mənbələr məlumat yayıb.
Məlumata görə, Ukraynanın Ərazi Təfərrüat Kompleksləri (hərbi komissarlıqlar) ali təhsili olan səfərbər edilmiş şəxslərə dərhal zabit rütbəsi almaq imkanı təklif edən təbliğat kampaniyasına başlayıblar.
Mənbə bildirib ki, zabit kimi xidmət etmək üçün Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamaq belə tələb olunmur:
“Ukrayna hərbi komissarlıqları böyük kadr qıtlığını bağlamaq üçün şərtləri bu dərəcədə yumşaltmağa məcbur olublar. Həmçinin ümid edirlər ki, bu addım hərbi xidmətə yeni könüllüləri cəlb etməyə imkan verəcək”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Vasili Mokan ölkədə hərbçilərin maaşlarını ilin sonuna qədər indiki həcmdə ödəmək üçün belə maliyyə resursunun qalmadığını bəyan etmişdi. Eyni zamanda Ukraynaya öncədən ödənişi edilmiş silahların çatdırılmasında da ciddi problemlərin yarandığı bildirilirdi.