Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Rusiya hərbi aviasiyasına qarşı növbəti uğurlu əməliyyat keçirib.
Bakupost.az xəbər verir ki, əməliyyat çərçivəsində Volqoqradın "Marinovka" aerodromunda 4 ədəd Su-34 çoxfunksiyalı döyüş təyyarəsi dron zərbələri ilə məhv edilib. Aerodromun texniki istismar sahəsi yandırılıb.
Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti və Xüsusi Əməliyyat Qüvvələri həyata keçirib.
Rusiya mənbələri hadisəni təsdiqləyib.