Ukrayna ordusundan uğurlu həmlə: Nəzarət bərpa edildi

05.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Ukrayna ordusu Donetsk vilayətinin Volnova rayonunun Novı Komar kəndindən Rusiya qoşunlarını sıxışdıraraq çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Açıqlamada sözügedən əraziyə nəzarətin tam bərpa edildiyi vurğulanıb.

Rusiya qüvvələri isə Donetsk vilayətinin Baxmut rayonunun Blaqodatne kəndini ələ keçiriblər.

“Düşmən Kostyantinopolski, Suxı Yalı, Starıy Ternı, Çasiv Yar, Novopustinka, Yelizavetivka, Puşkino, Zora və Şevçenko yaxınlığında da irəliləyib”, - deyə Ukrayna portalı yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью