Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralanıb

17.01.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donetsk vilayətində Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralanıb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.

Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.

Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью