Ukrayna ordusunun Kurskdakı itkiləri 57 min 330 nəfərə çatıb

04.02.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna ordusu son sutka ərzində Kursk vilayətində 345 hərbçisini itirib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 57 min 330 nəfərə yüksəlib.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı qüvvələrinin bölgədə 331 tankı, 244 piyada döyüş maşını, 192 zirehli transportyor və 1708 zirehli döyüş maşını məhv edilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью