Ukrayna ordusunun Kurskdakı itkiləri 65 min nəfəri keçib

05.03.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna ordusu son sutka ərzində Rusiyanın Kursk vilayətində 215-dən çox hərbçisini itirib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 65 min 60 nəfəri keçib.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin bölgədə 384 tankı, 295 piyada döyüş maşını, 255 zirehli transportyor və 2131 zirehli döyüş maşını məhv edilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью