Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Dünən gecə və səhərə qədər Ukraynanın yüzlərlə pilotsuz təyyarəsi Moskvaya və Moskva vilayətinə doğru yönəldilib. Zərbələrdən sonra bir neçə yerdə yanğın baş verib.
Gecə hücumu barədə “Telegram” kanalında xeyli sayda məlumat paylaşılıb. Moskva meriyasının açıqlamasına görə, 390-dan çox dron Moskva vilayətinə doğru hərəkət edib. 81 PUA Moskvaya yaxınlaşarkən məhv edilib. Bu arada “Exilenova+” portalı xəbər verir ki, dron vilayətin Çexov şəhərindəki “Hidrostalkonstruksiya” zavodunun binasına çırpılıb. Zavod enerji və su təsərrüfatı sektorları üçün hidromexaniki avadanlıqların, metal konstruksiyaların istehsalı üzrə ixtisaslaşıb.
XQ