Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Axilles” adlı pilotsuz sistemlər alayının şəxsi heyətindən bir hissəni məhv edib.
Redaktor.az bu haqda xarixi KİV-ə istinadla məlumat verir.
Məlumata görə, 429-cu ayrıca pilotsuz sistemlər alayına məxsus zərbə məqsədli pilotsuz uçuş aparatlarının saxlandığı anqarlar dağıdılıb.
Hadisənin Çerniqov vilayətində baş verdiyi bildirilir. Zərbə nəticəsində Ukrayna ordusuna məxsus beş yük maşını və iki pikap avtomobili də sıradan çıxarılıb.
Aytəkin TOFİQQIZI