Ukrayna ordusunun rəsmisi: Rusiya itkin düşən 50 mindən çox hərbçi ilə bağlı müraciət edib

03.01.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu vaxta qədər Rusiya tərəfi itkin düşən 50 mindən çox hərbçi ilə bağlı müraciət edib”.

APA “unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın Hərbi Əsirlərlə bağlı Müraciətlər üzrə Qərargahının Katibliyinin rəisi Boqdan Oxrimenko deyib.

O əlavə edib ki, əldə olunan məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsində itkin düşən rusiyalı hərbçilərin ümumi sayı 100 min nəfərdir:

“Bu göstəriciyə əvvəllər itkin düşmüş qismində qeydiyyata alınıb, sonradan öldüyü təsdiqlənən şəxslər daxil deyil. Biz bu məsələ ilə bağlı xüsusi telefon xətti yaratmışıq. Hazırda yalnız bunu deyə bilərəm ki, onların çoxunun meyitləri ölkəmizin çöllərindədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью