Ukrayna Ordusunun rəsmisi: Rusiya ölkəmizə 1000 ə yaxın PUA ilə hücum edəcək

07.06.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın vaxtlarda Rusiya ölkəmizin ərazisinə 1000-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum edəcək.

APA “unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Ordusu Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat açıqlayıb.

O, həmin dronların növünün hələ məlum olmadığını bildirib.

Y. İqnat onu da əlavə edib ki, ölkəsi Rusiya tərəfinin hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının sayını artırmasına hazır olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью