Ukrayna “Oreşnik”in qalıqlarını nümayiş etdirdi FOTOLAR | Icma.az
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna ordusu cümə axşamı Rusiyanın Dnepr şəhərinə atdığı yeni, eksperimental ortamənzilli hipersəs raketinin qalıqlarını nümayiş etdirib.
Sfera.az xəbər verir ki, Rusiyanın yeni istehsal etdiyi raket ilk dəfə müharibədə istifadə edilib.
Ukrayna bu raketin qalıqlarını bazar günü jurnalistlərə göstərib. Raket qalıqlarının görüntüləri daha əvvəl sosial mediada paylaşılmışdı.
Ordu rəsmiləri dağıntıların harada aşkar edildiyini təhlükəsizlik məsələlərinə görə dəqiq açıqlamayıblar.
Rusiya raketin adının “Oreşnik” (Fındıq ağacı) olduğunu bildirib.
Ukrayna raketin Dnepr istiqamətində hərəkət edərkən saatda 13 min kilometr sürətə çatdığını açıqlayıb.
Bu sürət normal hipersəs raketinin sürətindən (saatda 1800 kilometr) bir neçə dəfə çoxdur.
Tam oxu
Xəbəri oxu