Ukrayna öz hədəflərindən əl çəkməyəcək Müdafiə naziri açıqladı

14.02.2025

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna NATO-ya üzv olmaq istiqamətində strateji kursundan əl çəkmir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında nazir Rustem Umerov yazıb.

Umerov qeyd edib ki, onun Ukrayna-NATO Şurasının iclasından əvvəl alyansın Baş katibi Mark Rütte ilə mühüm söhbət olub: “Ukrayna öz strateji kursundan əl çəkmir - biz gələcəyimizi NATO-da görürük. Bu, bizim təhlükəsizlik prioritetimizdir və ordumuz artıq Avro-Atlantik təhlükəsizliyin mühüm elementidir”.

O əlavə edib ki, Rütteni Ukrayna hərbi-sənaye kompleksinin inkişafı və özünün hərbi potensialını artırmaq planları barədə məlumatlandırıb.

Nazir həmçinin bildirib ki, görüş zamanı NATO və Avropa ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyi müzakirə olunub.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью