Ukrayna OZON un obyektlərini yenə vurdu

24.08.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna ordusu avqustun 24-nə keçən gecə Krasnodar və Dağıstanda (Rusiya) OZON şirkətinin logistika obyektlərinə PUA-larla hücum edib. Zərbələrdən sonra güclü yanğın başlayıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti Teleqramda məlumat yayıb.

Qeyd olunub ki, Mahaçqalada zərbələr zamanı bir neçə nəfər xəsarət alıb.

"Bütün sistemlər ştat rejimində işləyib, biz əməkdaşları operativ şəkildə təxliyə etdik. Anbarların işi dayandırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, OZON şirkətinin obyektləri ilk dəfə avqustun 22-nə keçən gecə Samara vilayətində hücuma məruz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью