Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Ukrayna Rusiya ilə ABŞ arasında bölünür”.
Bu fikri Rusiya-Ukrayna müharibəsinin gedişi, ABŞ və Rusiyanın maraqlarını Yenicag.az-a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Rusiyanın hazırda bütün istiqamətlər üzrə hücuma keçməsi təbii haldır: “İddialar var ki, Rusiya harada dayanacaqsa, həmin ərazilər Rusiya ərazisi kimi qəbul olunacaq.
Digər səbəb isə Trampla Rusiya arasındakı danışıqlarda Ukraynanın nə qədər ərazisinin Rusiyaya qalacağı razılaşdırılıb.
Ukraynanın Xarkov və Odessa şəhərlərini ruslar özününkü sayır.
Bu hansısa politoloqların dilindən yox, Rusiya rəsmilərinin dilindən səsləndirilib.
Digər tərəfdən, Rusiyanın marağındadır ki, Ukraynanın Qara dənizə çıxışı bağlansın. Trampla ola bilsin, bunlar müzakirə olunub.
ABŞ Ukraynaya deyir ki, sizi peykdən ayıracağıq. Bunlar hamısı onun üçündür ki, Ukrayna zəifləsin, Rusiya razılaşdırılmış hədlərə çıxa bilsi