Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” hava hücumundan müdafiə sisteminin analoqunu yaratmaq üçün öz layihələri üzərində işləyir.
O, yalnız ABŞ tərəfindən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur.
SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə brifinqdə Ukraynanın strateji sənaye naziri German Smetanin məlumat verib.
"Hazırda Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik", deyə Smetanin bildirib.
Dünyanın analoji sistemlər istehsal edə bilən digər ölkələrinə gəlincə, nazir qeyd edib ki, belə ölkələr var və Ukrayna artıq qismən lokallaşdırma ilə bağlı danışıqlar aparır.
"Amerikanın bu sistemləri istehsal etdiyi tərəfdaşları var. Analoq istehsalçıları, o cümlədən "Patriot" şirkəti ilə Ukraynada bu sistemlərin
Hazırda belə danışıqlar aparılır, aktiv iş gedir", - deyə Smetanin əlavə edib.
Tam oxu
Xəbəri oxu