Ukrayna pilotundan tarixdə İlk

08.01.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Ukrayna Hərbi Hava Qüvvələrinin pilotu “F-16” qırıcı təyyarəsi ilə Rusiya ordusuna məxsus 6 raketi zərərsizləşdirib”.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna HHQ-nin nümayəndəsi Yuriy İqnat açıqlayıb. 

Onun sözlərinə görə, hadisə ötən il dekabrın 13-də Ukrayna ərazisinin kütləvi raket atəşinə tutulması zamanı baş verib. İqnat qeyd edib ki, pilot bir uçuşa 6 raket zərərsizləşdirib və bu, tarixdə ilk belə haldır.

Qeyd olunub ki, “F-16” pilotu hədəfləri vurmaq üçün dörd “hava-hava” sinifli raketdən və təyyarənin aviatopundan istifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью