Ukrayna Piterdəki neft terminalını vurdu KONKRET

04.07.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən neft terminalına zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, əsas hədəf Baltik dənizində neft məhsullarının yüklənməsi üzrə Rusiyanın ən iri dəniz terminallarından biri olan Sankt-Peterburq Neft Terminalı olub.

Zərbələr nəticəsində terminal ərazisində yanğın baş verdiyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью