Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

30.01.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevdəki bir neçə dövlət qurumuna, təhsil müəssisələri və digər inzibati binaların minalanması barədə məlumat alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Kiyev polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu məlumat hazırda araşdırılır.
“Qeyd etmək lazımdır ki, bu cür mesajlar çox vaxt düşmənin növbəti informasiya hücumudur. Lakin buna baxmayaraq, hər bir ünvan polis tərəfindən diqqətlə araşdırılır. Yoxlamaya partlayıcı maddə mütəxəssisləri və kinoloji itlər cəlb olunub”, - Kiyev polisi özünün Telegram kanalında bildirib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью