Ukrayna Polşadan 5 min “Starlink” terminalı aldı

03.04.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Polşa kritik infrastruktur obyektlərində istifadə olunacaq 5000 “Starlink” terminalını Ukraynaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov bildirib.
“Polşadan daha 5 min “Starlink” terminalı alınıb. Ümumilikdə Ukrayna 50 mindən çox “Starlink” terminalı alıb ki, onlardan ən çoxu Polşadan olub - 29 500”, - Fedorov deyib.
Nazir qeyd edib ki, terminallar kritik infrastruktur obyektlərində fasiləsiz əlaqəni təmin etməli olacaq.
Bundan əvvəl Polşanın rəqəmsallaşdırma nazirliyi məlumat verib ki, Polşa hakimiyyəti 2022-ci ildən 2024-cü ilin sonuna qədər Ukrayna üçün nəzərdə tutulan 24,5 min “Starlink” peyk rabitə terminalının alınması və abunə ödənişi üçün 83,5 milyon dollar xərcləyib. 2025-ci ildə Varşava bu məqsədlər üçün 20 milyon dollar ayırmağı planlaşdırır. Nazirlik onu da aydınlaşdırıb ki, Varşava və Kiyev arasında “Starlink” üzrə müqavilənin müddəti sentyabrın 30-da başa çatır. Agentlik əlavə edib ki, “Starlink” terminallarına alternativ axtarış barədə məlumatı yoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью