Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski iyul ayının sonuna qədər ABŞ-yə diplomatik səfər etməyi planlaşdırır.
"AzPolitika" xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.
Səfər çərçivəsində mərhum senator Lindi Qremlə vida səfəri və Prezident Donald Trampla mümkün görüş olacaq .
Mənbənin məlumatına görə, Zelenski bu yaxınlarda Vaşinqtondan müvafiq dəvət alıb.
Qrem ABŞ Senatında Ukraynanın ən nüfuzlu tərəfdarlarından biri və Rusiyaya qarşı sərt sanksiyaların təşəbbüskarı olub.
Ukrayna Prezident Administrasiyası artıq səfərin təfərrüatlarını araşdırır. ABŞ lideri ilə görüşün Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün gələcək diplomatik səylərə həsr olunacağı gözlənilir.
Səfərlə bağlı hələlik yekun qərar yoxdur. Hazırda Zelenskinin ABŞ-də qalacağı müddət, görüşlərin tam cədvəli, siyahısı, iştirakçıların tərkibi və müddəti razılaşdırılır.(Teleqraf)