Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Avropa gələcəyi müzakirə etməyi sevir, amma bu gün gələcəyimizin necə olacağını müəyyən edəcək addımlar atmaqdan çəkinir. Problem də bundadır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Davosda etdiyi çıxışda deyib
Zelenski Avropa və dünyanın üzləşdiyi təhdidlərin hər il müxtəlif formalarda özünü göstərdiyini qeyd edib: "İndi hər kəs diqqətini Qrenlandiyaya yönəldir və aydındır ki, əksər liderlər bu barədə nə edəcəklərinə qərar verə bilmirlər. Deyəsən, hər kəs ABŞ-ın bunu unutmasını gözləyir, ümid edirəm ki, bu, keçəcək. Bəs keçməsə, necə olacaq?!"
Zelenski bildirib ki, Avropa öz sanksiyaları ilə düşmənlərini ABŞ sanksiyaları qədər çəkindirməyin yolunu tapmalıdır: "Bunun üçündaha çox səy göstərməlidir. Bu, nə üçün vacibdir?! Çünki Avropa qlobal güc kimi görünmürsə, onun hərəkətləri pis niyyətli aktyorları çəkindirmirsə, nəticəsiz qalacaq. Və bu da Avropanın özünü də həmişə yeni təhlükələrə açıq edəcək. Mən isə hesab edirəm və əminəm ki, Avropa daha yaxşı bir dünya qurmağa müstəsna kömək edə bilər. Bunun üçünsə vaxtında və razılaşdırılmış cəsarətli hərəkətə ehtiyac var. Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!".
Zelenski Ukrayna, Rusiya və Belarusun ABŞ-ın Qəzza üçün yaratdığı Sülh Komitəsinə dəvət olunduğunu xatırladaraq, Qəzzadakı müharibənin hələ dayanmadığını, hətta orada atəşkəsin olmadığını iddia edib: "Avropa ABŞ təklifi ilə bağlı hələ ortaq mövqe müəyyən etməyib. Bəlkə də bu axşam Avropa Şurasının iclasında qərar veriləcək, amma Qəzza ilə bağlı sənədlər bu səhər imzalanıb və bu axşam Qrenlandiya ilə bağlı yekun qərar da verilə bilər".
Samir Musayev
MİA.AZ