Ukrayna prezidenti Gürcüstan hakimiyyətinə qarşı sanksiya tətbiq edib

05.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətində təmsil olunan şəxslərə sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, müvafiq sərəncam Ukrayna dövlət başçısının rəsmi internet saytında dərc edilib.

Sanksiya siyahısında Gürcüstanın Baş naziri İrakli Kobaxidze və hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilinin də adı var.

Ümumilikdə sanksiya 19 nəfəri əhatə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью