Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var YENİLƏNİB

05.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski və Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı zamanı cəbhədəki mövcud vəziyyət və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.

Volodimir Zelenski, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti ilə NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.

23:45

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, Volodimir Zelenski Donald Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.

Söhbətin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью