Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Berlin, 30 yanvar, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Almaniya hökuməti sözçüsünün məlumatına əsasən, Kansler Rusiyanın hücumları nəticəsində Ukraynanın mülki enerji infrastrukturunun davamlı və sistemli şəkildə məhv edilməsini pisləyib.
Ukrayna Prezidenti Almaniya hökumətinin təqdim etdiyi qış yardımı paketi üçün təşəkkürünü bildirib.
Paketə Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinə əlavə dəstəklə yanaşı, istilik-elektrik qurğuları və generatorlar da daxildir.
Söhbət zamanı tərəflər atəşkəsə nail olunması istiqamətində göstərilən səyləri alqışlayıblar. Kansler Ukraynanın ədalətli və davamlı sülhə səylərinə Almaniyanın dəstəyini bir daha ifadə edib. Bu məqsədlə sıx təmasların davam etdiriləcəyi qeyd olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin