Ukrayna PUA ları bir gecədə 30 a yaxın binanı yararsız hala salıb | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. Hücumlar nəticəsində iyirmidən çox yaşayış binasına ziyan dəyib.
Bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Telegram kanalında məlumat yayıb.
“24 çoxmənzilli binaya ziyan dəyib. Onlardan üçü kifayət qədər ciddi ziyan görübdir”,- o yazıb.
Rusiya rəsmisi onu da vurğulayıb ki, hazırda mütəxəssislər partlayışların baş verdiyi yerlərdə işləyirlər.
Xinşteynin qeyd edib ki, hökumət zərər çəkmiş sakinlərin hamısına yardım göstərəcək: "Bura onlara lazımi ödənişlərin verilməsi də daxildir.
Hələlik bütün zərər çəkmiş insanlar müvəqqəti yaşayış yerlərinə yerləşdiriləcək və dünən gecə hamı təxliyə edilib” Xatırladaq ki, aprelin 15-nə keçən gecə Kursk vilayəti üzərində səmada 109 pilotsuz uçan aparat vurulub.
Hücumun hədəflərindən biri də vilayətin inzibati mərkəzi olub. Burada 9 nəfər yaralanıb. 85 yaşlı qadını isə xilas etmək mümkün olmayıb.
Tural Tağıyev AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu