​Ukrayna PUA ları Orenburqu da vurdu VİDEO

12.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna PUA-ları bu gün Rusiyanın vacib enerji və infrastruktur obyektlərinə zərbələrini davam etdirib. 

“AzPolitika” xəbər verir ki, “Telegram” kanalları Orenburqda partlayışlar baş verdiyi barədə məlumatlar və videolar paylaşıb. Ukrayna PUA-larının yaşayış binalarından birinə düşdüyü barədə xəbərlər yayılıb.

Hücumun hədəfinin Orenburq vilayətinin Orsk şəhərindəki neft emalı zavodu olduğu bildirilir. 

“Telegram” kanalları həmçinin Çelyabinskdəki sink zavoduna zərbə endirildiyini qeyd edir.

“AzPolitika.info” 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью