Ukrayna PUA ları Rusiya səmasında at oynadır KONKRET

16.01.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya regionları üzərində Ukraynaya məxsus 27 PUA məhv edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb: “15 PUA  Belqorod vilayətində, 7-si Voronejdə, 3-ü Tambovda və 2-si isə Kursk vilayətinin səmasında məhv edilib”, – deyə məlumatda bildirilir. Xatırladaq ki, Ukrayna ordusu Rusiyanın sərhədyanı rayonlarını müxtəlif üsullardan istifadə etməklə atəş altında saxlayır. Onlar Belqorod, Bryansk, Kursk və Voronej rayonlarını müntəzəm atəşə tutur və hücuma keçir.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью