Ukrayna PUA ları rusların 3 kompleksini məhv etdi

03.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Donetsk istiqamətində PUA qüvvələri rus işğalçıların ümumi dəyəri təxminən 50 milyon dollar olan üç zenit-raket kompleksini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Xortitsa" operativ-strateji qoşun qruplaşması məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, Pilotsuz Uçuş Aparatları Qüvvələrinin 14-cü BpAK alayının operatorları iki həftə ərzində düşmənin üç hava hücumundan müdafiə sistemini aşkarlayaraq məhv ediblər. Qeyd olunur ki, bunlar modifikasiyası dəqiqləşdirilməmiş iki "Buk" və bir "Tor" zenit-raket kompleksidir.

"Bu komplekslər düşmənin hava hücumundan müdafiəsinin mühüm elementləridir və onların ümumi dəyəri təxminən 50 milyon dollar təşkil edir. Məhv edilməsi üçün hədəfin tutulması və avtomatik yönləndirilmə sistemi ilə təchiz olunmuş zərbə dronlarından istifadə edilib", - deyə məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью