Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Ukrayna ordusunun Tatarıstanın Nijnekamsk şəhərinə həyata keçirdiyi kütləvi hücum çoxsaylı itkilərə səbəb olub.
Şəhərə hücum nəticəsində yaralılar və ölənlər sayı barədə konkret məlumat verilmir.
Nijnekamskdakı sənaye zonasına dron hücumundan sonra Tatarıstanda matəm günü elan edilib.
Qərarı regionun qubernatoru Rüstəm Minnixanov verib.
Qeyd edək ki, hava hücumundan müdafiə vasitələri ötən gecə ərzində Rusiyanın 17 bölgəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus 456 pilotsuz təyyarəni məhv edib. Ukrayna PUA-ları əsasən Rusiyanın Bryansk, Kursk, Kaluqa, Tula, Belqorod, Oryol, Voronej, Rostov, Penza, Ulyanovsk, Saratov, Orenburq, Samara vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı və Tatarıstana hücum edib.
Mürtəza