Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Trabzon vilayətinin Vakfıkebir rayonunda kənd ərazisində ağaca çırpılaraq partlayan pilotsuz uçuş aparatının (PUA) Ukraynaya məxsus olduğu müəyyən edilib.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, ilkin texniki araşdırmalar zamanı PUA-nın daxilində təxminən 5 kiloqram partlayıcı maddə olduğu aşkarlanıb.
Hadisədən sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb. Partlayış yerli sakinlər arasında təşvişə səbəb olub.
Faktla bağlı istintaq davam etdirilir.
Bizim.Media