Ukrayna PUAları Rusiya səmasında Ötən gecə nə baş verib?

26.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Dekabrın 25-dən 26-na keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiya regionları üzərində hərbi manevr edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, ümumilikdə beş Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.

Düşmənin pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum cəhdləri üç ərazidə qeydə alınıb.

“Üç PUA Volqoqrad vilayəti ərazisində, biri Voronej vilayətində və biri Belqorod vilayətində vurulub”, - məlumatda deyilir.

Adəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью