Ukrayna PUAları Rusiyanın Voronej vilayətində neft anbarına hücum edib

16.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Voronej vilayətində neft anbarına hücum edib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ərazidə yanğın başlayıb.

Bölgə rəhbəri Aleksandr Qusevin sözlərinə görə, neft bazasının ərazisinə bir neçə PUA hücum edib.

İlkin məlumata görə, itki yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью