Ukrayna PUAlarla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb VİDEO

21.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.

APA-nın TASS-a istinadən xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər iki tikilidə yanğın başlayıb.

“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью