Sfera.az saytına istinadən Icma.az xəbər verir. Böyük Britaniya, Fransa Ukraynaya legionerlər və növbəti mərhələdə qoşun göndərilməsi barədə
Məlumata görə, legioner döyüşçülər Almaniya, Çexiya və Fransa vətəndaşlarından ibarətdir.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirdi ki, səbəb Rusiyanın Şimali Koreyadan əsgər gətirməsidir.
Onun sözlərinə görə, məhz bundan sonra Ukrayna və Qərb də analoji addım atmağa başladı: “Artıq ABŞ Ukraynaya kasetli minalar göndərib.
Bu minalar Rusiya ordusunun hücumunun qarşısını almağa hesablanıb. Ümumiyyətlə, müharibənin aktiv mərhələsi başlayıb.
Böyük Britaniya və Fransa da sahəyə daxil olur. Ukrayna məsələsi Putin üçün prinsipial və şəxsi bir məsələdir.
Qərblə bütün istiqamətlərdə toqquşmağa getməyə hazır görünür”.
Politoloq qeyd etdi ki, Rusiyanın daha çox resurslara malik olan Qərbə qalib gəlməsi gözlənilmir: “Rusiya SSRİ deyil.