Ukrayna Putinin iqamətgahına 91 PUA ilə hücum edib

29.12.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Ukrayna Rusiya prezidenti Putinin iqamətgahına hücum etməyə cəhd edib.

AzPost TASS-a istinadən bildirir ki, bu barədə XİN başçısı Sergey Lavrov bildirib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına zərbə endirmək cəhdi 28-29 dekabr gecəsi baş verib. Sergey Lavrov bildirib ki, 91 PUA istifadə edilib, lakin onlar məhv edilib.

O bildirib ki, bu səbəbdən Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək. Lakin Rusiya danışıqlar prosesindən çıxmaq niyyətində deyil. Lavrov əlavə edib ki, Vladimir Putinin iqamətgahına hücumdan sonra “Rusiyanın cavab zərbəsi”nin hədəfləri və vaxtı müəyyən edilib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью