Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Ukrayna Qara dənizdə mülki gəmiçiliyin və kənd təsərrüfatı məhsullarının ixracının bərpası üçün Türkiyə, Misir və Hindistanla danışıqlar aparır.
Banco.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, adıçəkilən ölkələr öz bayraqları altında üzən gəmilərin həm Ukrayna, həm də Rusiya limanlarına təhlükəsiz şəkildə daxil olmasını nəzərdə tutan təklif irəli sürüblər. Planın əsas məqsədi tərəflərin ticarət gəmilərinə hücum etməmək barədə razılığa gəlməsidir.
Lakin Zelenskinin sözlərinə görə, vasitəçilik səylərinə baxmayaraq, Rusiya bu plana qarşı çıxır.
Qara dəniz limanları Ukraynanın əsas taxıl ixrac marşrutudur və mövsüm ərzində 40 milyon tona qədər taxıl daşımaq gücünə malikdir. Bununla belə, liman infrastrukturuna və gəmilərə hücumlar səbəbindən avqust ayından etibarən daşımalar dayanıb.
Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə hazırda normal ixrac həcminin yalnız 38%-ni həyata keçirə bilir.
Zelenski taxılın bu həcmdə dəmir yolu ilə daşınmasının mümkün olmadığını bildirərək Avropa İttifaqını Ukrayna məhsullarının Avropa dəmir yolları və limanları vasitəsilə ixracına imkan verən “həmrəylik dəhlizləri” proqramını yenidən işə salmağa çağırıb.