Ukrayna qarışdı: Baş nazir istefaya getdi, hökumət isə… KONKRET

16.07.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Ali Radası baş nazir Denis Şmıqalın və onun hökumətinin istefaya göndərilməsinə səs verib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Səs” fraksiyasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Müvafiq qərarın lehinə 261 deputat səs verib.

Baş nazirin istefası avtomatik olaraq bütün hökumətin istefaya göndərilməsi ilə nəticələnir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью