Ukrayna qazandığı vəsaitin 50 faizini ona ödəyəcək

24.02.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Kiyev təbii sərvətlərindən qazandığı vəsaitin 50 faizini bərpa fonduna yatıracaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna və ABŞ arasında minerallarla bağlı sazişdə yer alıb.

Həmçinin, qeyd olunur ki, fondun məbləği 500 milyard dollar təşkil edə bilər və Kiyev bu məbləğə çatana qədər töhfələr verməyə davam edəcək. Vaşinqton Ukraynanın ABŞ-ın maliyyə yardımının ikiqat həcmində vəsait daxil edəcəyini gözləyir.

Bundan başqa, ABŞ-ın Ukraynanın bərpası fonduna uzunmüddətli maliyyə yardımları edəcəyi deyilir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью