Ukrayna “Qazprom”a məxsus müəssisəni vurdu Video

14.07.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Ukrayna ordusu Rusiyanın “Qazprom Neftexim Salavat” şirkətinə məxsus Başqırdıstandakı iri müəssisəni vurub.
Yeniavaz.com
NEXTA-ya istinadla xəbər verir ki, bu, ildə 10 milyon tona qədər xam neft emal etmək gücünə malik Rusiyanın ən böyük neft emalı komplekslərindən biridir.
Müəssisə neft emalı zavodunu, böyük neft-kimya kompleksini və qaz-kimya zavodunu birləşdirir.
Bildirilir ki, bu müəssisə Ukraynanın uzaqmənzilli dronları tərəfindən indiyə qədər vurulan ən uzaq Rusiya neft obyektlərindən biridir. O, Ukrayna sərhədindən təxminən 1300 km məsafədə yerləşir.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью