Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Ukraynanın qışa hazırlıq vəziyyəti qənaətbəxş deyil.
Newscenter.az UNIAN xəbər agentliyinə istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Logistika, taxıl, kənd təsərrüfatı, enerji - bütün bunlar çox vacibdir. Açığı, tamamilə narazı olduğum istiqamətlər var. Bu işlərə çox tez başlamalıyıq", - deyə o, İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Bir müddət əvvəl Ukraynanın yeni Baş naziri Sergey Koretski qarşıdan gələn qışın əvvəlkindən daha sərt olacağını etiraf etmişdi. Belə ki, Ukrayna soyuq ayları keçmək üçün lazım olan qazın yalnız yarısını ehtiyatda saxlaya bilib. Ölkənin kömür ehtiyatları isə yalnız payıza qədər kifayət edəcək.
Süleyman