Ukrayna qışa qədər Rusiya ilə danışıqlara hazır olduğunu AÇIQLADI

01.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna bu qışa qədər Rusiya ilə neytral platformada danışıqlar aparmağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın ATƏT yanında nümayəndəsinin müavini Rostislav Palaqusinets bildirib.

Onun sözlərinə görə, Kiyev Rusiya ilə neytral məkanda danışıqlar keçirməyə hazır olsa da, Donbas ərazisindən qoşunlarını çıxarmağı kompromis hesab etmir.

Diplomat qeyd edib ki, belə bir addım Rusiyanın gələcək hücumları üçün strateji dəhliz yarada bilər. O vurğulayıb ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью