Ukrayna qışqabağı qaz ehtiyatlarının 60 faizindən məhrum olub

09.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ukrayna qışqabağı qaz ehtiyatlarının 60 faizindən məhrum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşrin yazdığına görə, Kiyev qarşıdan gələn sərt qış aylarını yaşamaq üçün əlavə olaraq təqribən iki milyard avro xərcləməlidir.

Kiyev bu barədə Qərb tərəfdaşlarını məlumatlandırıb. Ukraynanın enerji infrastrukturu daima Rusiya ordusunun hədəfinə çevrilir.

Hesablamalara görə, Ukrayna martın sonuna qədər 4.5 milyard kubmetr qaz almalıdır. Qərb müttəfiqlərinin maddi yardımına ümid bəsləyən Kiyev bunun üçün Böyük yeddilik ölkələrinə, Beynəlxalq Valyuta Fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankına, Avropa İnvestisiya Bankına müraciət etmək niyyətindədir.

Ukrayna bu ilin əvvəlində xarici təchizatçılardan 4.58 milyard kubmetr qaz alıb. Onun enerji sisteminin təmirinin qiyməti 758 milyon avro civarında qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью